22 iyul 2023 at 11:45
Jurnalist kodu: 5487
Xəbər kodu: 85177138
T T
0 Persons

Tags

Danimarkada Qurani-Kərimə hörmətsizlik

22 iyul 2023 at 11:45
Xəbər kodu: 85177138
Danimarkada Qurani-Kərimə hörmətsizlik

Tehran - İRNA - Danimarkada ekstremist və anti-İslam qruplaşması cümə günü İraqın Kopenhagendəki səfirliyi qarşısında iyrənc bir hərəkətlə Qurani-Kərimi yandırıb.

İRNA-nın Türkiyənin “TRT” telekanalına istinadən verdiyi məlumata görə, bu aksiya Danimarka polisinin dəstəyi ilə və Danske Patrioter qruplaşması tərəfindən həyata keçirilib. Aksiyada İraq bayrağını da yandırılıb.

Bu qrupun sosial şəbəkələrdə yaydığı videolarda qruplaşma üzvlərinin əllərində İslam əleyhinə şüarlar yazılmış pankartlar var.

Qrup bunu İsveçin Bağdaddakı səfirliyinə hücuma etiraz olaraq etdiyini bildirib.

Yüzlərlə etirazçı iyulun 20-də İsveçdə İraqın Stokholmdakı səfirliyi qarşısında Quranın yenidən yandırılmasına etiraz olaraq Bağdadın mərkəzindəki İsveç səfirliyinə hücum etdi və səfirliyin divarlarına qalxaraq onu yandırdı.

Çərşənbə günü İsveç polisi təxribat xarakterli hərəkət edərək, daha əvvəl bu iyrənc əməli törətmiş həmin şəxsə İraqın Stokholmdakı səfirliyi qarşısında Quranı yandırmağa növbəti dəfə icazə verdi.

Salvan Momika cümə axşamı günü bir daha aşağılayıcı və İslam əleyhinə hərəkət edərək, Stokholmdakı İraq səfirliyi qarşısında bu müqəddəs kitabı və İraq bayrağını cırıb ayaqlamağa cəhd etdi.

İsveç və Danimarkada Qurani təhqir olunması son aylarda bütün dünyada geniş şəkildə pislənilib və buna qarşı çoxlu nümayişlər və toplantılar keçirilib.

Sizin rəyiniz

You are replying to: .